AZ

Zərif qadınların heç vaxt geyinmədiyi 7 paltar - SİYAHI

Eleqant qadınlar paltar seçərkən çox vaxt şıqlığa və zərifliyə üstünlük verirlər.

Ölkə.Az xəbər verir ki, bu üslub zərif parçalar, pastel tonları və mürəkkəb detalları təcəssüm etdirir.

Eleqant qadın bədən formasını bəlli etməyəcək, eyni zamanda qəşəng və müasir bir duruş əks etdirən geyimlərə üstünlük verir. Moda təkcə onun görünüşü ilə bağlı deyil, həm də onun şəxsiyyətini və zərifliyini əks etdirən bir dildir.

Zərif üslubda adətən sadəlik və minimalizm ön planda olduğu üçün çox gözəçarpan, çox rahat və ya ”oversize” geyimlər olmur.

Odur ki, zərifliyi pozan 7 paltar növünü təqdim edirik:

1. Həddindən artıq aşağı belli şalvar -  Aşağı bel şalvarlar zərif üslubu poza bilər. Bu tip şalvarlar ümumiyyətlə rahat olsa da, zərif görünüş üçün onlara üstünlük verilmir.
2. Həddindən artıq dar və  bədənə oturan paltarlar - Tamamilə bədənə oturan və çox dar geyim zərif bir üslubdan daha çox cəsarətli və diqqəti çəkən görünüş yarada bilər. 
3. Parıldayan aksessuarlar - Həddindən artıq böyük, parıldayan zərgərlik və ya aksesuarlar zərif üsluba uyğun gəlmir. Zərif qadının üstünlük verdiyi zinət əşyalar sadə, qəşəng olur.
4. Rəngarəng və həddindən artıq naxışlı paltarlar -  Həddindən artıq parlaq, neon rənglər və ya böyük naxışlar zərif üslubu tamamlamaya bilər. Zərif qadınlar pastel tonlara, neytral rənglərə və ya minimal naxışlara üstünlük verir.
5. İdmanda istifadə edilən geyimlər - Atletik geyimlər, xüsusilə yoqa şalvarları və idman büstqalterləri zərif bir üsluba uyğun deyil.
6. Həddindən artıq dəbdəbəli axşam ziyafət geyimləri - Böyük ölçülü, ekstravaqant axşam paltarları və ya parlaq axşam paltarları bəzən zəriflikdən məhrum ola bilər. Eleqant xanımlar daha sadə, lakin dəbli axşam paltarlarına üstünlük verə bilərlər.
7. Rahat və bol geyimlər - Həddindən artıq böyük, bol paltarlar və ya köynəklər zərif bir qadın üçün uyğun olmaya bilər. Zərif bir üslub adətən bədən formasına uyğun, lakin yenə də rahat hərəkət etməyə imkan verən geyim tələb edir.

Billurə

Seçilən
4
2
olke.az

3Mənbələr