AZ

Keşiş “Allahın əmri” ilə kilsədə kriptovalyuta satdı: Görün nə qədər qazanıb

Pastor Eliqio “Eli” Reqalado və həyat yoldaşı Keytlin ABŞ-da kriptovalyuta fırıldaqçılığı ittihamı ilə həbs ediliblər.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Müstəntiqlərin fikrincə, cütlük təxminən 3,4 milyon dollar toplayıb. O, vəsaiti ruhani mentor kimi xidmət etdiyi kilsənin ziyarətçilərindən alıb.

Cütlük insanları yüksək gəlir vəd edərək yaratdıqları INDXCoin kriptovalyutasına investisiya qoymağa inandırıblar. Bununla belə, ittiham tərəfi müəyyən edib ki, kriptovalyuta yararsız olub və alınan vəsait şəxsi ehtiyaclar üçün - evlərin təmiri, uçuşlar və bahalı alışlar üçün istifadə edilib.

Pastor iddia edir ki, pulu “Allahın iradəsi ilə” evini abadlaşdırmaq üçün istifadə edib. Onlar həmçinin “dini motivlərlə” hərəkət etdiklərini iddia ediblər.

Seçilən
13
publika.az

1Mənbələr