“Sevilya”nın yarımmüdafiəçisi Lüsyen Agume karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, 23 yaşlı futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. "Qırmızı-şeytanlar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Klub yaxın vaxtlarda Əndəlüs təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. Fransalı futbolçunun transfer dəyəri təxminən 8 milyon avro olaraq qiymətləndirilir.
Fransalı futbolçunun “Sevilya” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm 37 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.