UEFA "Sabah"ın rəqibi "Levski"ni cərimələyib.

Offsideplus.az xəbər verir ki, buna səbəb Bolqarıstan klubunun İsrailin "Hapoel" (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlardır.

Sofiya təmsilçisi ümumilikdə 20 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, "Sabah" "Levski" ilə Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək. İlk matç avqustun 7-si səfərdə, cavab oyunu isə 1 həftə sonra Bakıda oynanılacaq.