AZ

Sakinlərin ən çox sevdiyi yerli film hansıdır?

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün - 2 İyul Azərbaycan Kinosu Günüdür.

Baku TV bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirərək, onlara "Azərbaycan kinosu deyiləndə ağlınıza ilk hansı film gəlir?" - sualını ünvanlayıb.

Sakinlərin əksəriyyəti klassik filmlərə üstünlük verdiklərini bildiriblər.

"Ən sevdiyim film "Ögey ana"dır. Yeni filmləri bəyənmirəm. Köhnə filmlərimiz daha yaddaqalandır", - deyə sakinlərdən biri söyləyib.

Digər bir sakin isə gənc nəslin Azərbaycan filmlərinə maraq göstərmədiyindən şikayətlənib: "İndiki gənclər nəyinki filmlərimizi, heç musiqimizi də bəyənmirlər. Nəvələrim ümumiyyətlə filmə baxmırlar".

Ətraflı süjetdə:

Sakinlərin ən çox sevdiyi yerli film hansıdır?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
oxu.az

1Mənbələr