AZ

İspaniya prokurorları “Real Madrid”in futbolçusu üçün 2,5 il həbs tələb edir


İspaniya prokurorluğu “Real Madrid”in müdafiəçisi Raul Asensio üçün 2,5 il həbs cəzası tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Cadena SER” radio şəbəkəsi məlumat yayıb.
Asensio razılaşdırılmış cinsi əlaqədə olan iki qızın şəxsi həyatına qarşı iki cinayətdə ittiham olunur.
Bildirilib ki, “Real”ın 2023-cü ildə müqavilələrinə xitam verdiyi iş üzrə digər üç müttəhim qızlardan biri azyaşlı olduğu üçün uşaq pornoqrafiyasını yaymaqda ittiham olunur.
Prokurorun açıqlamasında bu hadisələrdən sonra “Real”ı tərk edən 3 futbolçunun Kanar adalarında özəl otel otağında iki qızla razılaşdırılmış cinsi əlaqədə olduqları qeyd edilib. Bu cinsi əlaqələr qeydə alınıb və onların razılığı olmadan üçüncü şəxslərə ötürülüb.
Seçilən
3
1
yeniavaz.com

2Mənbələr