AZ

Deputat: Toponimlərin düzgün formada işlədilməməsi dövlətin daxili işlərinə müdaxilə cəhdidir

Rusiya Federasiyasının dövlət xəbər agentliyi TASS dərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” adlandırıb, daha sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilib.

Bu bir sıra çoxtərəfli və ikitərəfli sənədlərin müddəalarının pozulmasıdır və dövlət daxili işlərə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.
BMT toponimlərin qorunmasını əsasən Baş Assambleyanın toponimlərin beynəlxalq miqyasda standartlaşdırılması və vahid şəkildə işlədilməsi haqqında 1953 və 1958-ci il qətnamələri, UNGEGN-in konfrans sənədləri və UNESCO konvensiyaları əsasında həyata keçirir. 

Beynəlxalq konfranslarının yekun sənədlərində toponimlərin saxtalaşdırılmaması və düzgün istifadəsi ilə bağlı funksiyanın təmini məqsədi ilə BMT 1959-cu ildə Coğrafi Adların Standartlaşdırılması üzrə Ekspertlər Qrupu (UNGEGN) təsis etmişdir.

UNESCO-nun mədəni irslə bağlı sənədləri, xüsusi ilə 1972-ci il Ümumdünya Mədəni və Təbii İrsin Qorunması Konvensiyası tarixi toponimlərin mədəni dəyər kimi qorunmasını dəstəkləyir.

Deputat Rizvan Nəbiyev Operativ Media-ya açıqlamasında bu fikirləri bildirib.

Toponimlərin düzgün formada işlədilməsi suverenliyin ifadə formalarından biridir. Toponimlərin təhrif olunmuş formada istifadəsi dövlətlərin suveren bərabərliyi prinsipinin pozulmasıdır, daxili işlərə müdaxilə cəhdidir.

Hər bir suveren dövlətin yer adlarına hörmət edilməsini təmin edən mühüm beynəlxalq sənədlərdən biri 1945-ci ildə qəbul olunmuş BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş dövlətlərin suveren bərabərliyi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamağı dövlətlərin üzərinə öhdəlik kimi qoymuşdur.

Seçilən
35
operativmedia.az

1Mənbələr