"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşə Səudiyyə Ərəbistanından yeni təklif gəlib.

Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr"in baş məşqçisi Jorje Jesus onu komandasında görmək istəyir.

Bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.

B. Fernandeşlə bu yay "Əl-Hilal" klubu da maraqlanırdı. Lakin portuqaliyalı futbolçu "qırmızı şeytanlar"da qalmağı üstün tutmuşdu.

O, 2020-ci ilin yanvarından burada çıxış edir.