BAKI,AzerVoice , Fərid Mikayılov
Türkiyənin hava yolu şirkəti AJet, Suriya istiqamətində uçuş şəbəkəsini genişləndirərək paytaxt Şamdan sonra Hələb şəhərinə də birbaşa aviareyslərə start verib.
AzerVoice xəbər verir ki, İstanbul Sabiha Gökçən Hava Limanı ilə Hələb Beynəlxalq Hava Limanı arasında ilk uçuş bu gün səhər saatlarında həyata keçirilib.
Təxminən 2 saat davam edən uçuşun ardından AJet təyyarəsi Hələb hava limanında rəsmi mərasimlə qarşılanıb. Qarşılama mərasimində Suriya Mülki Aviasiya Təşkilatının nümayəndələri, AJet rəhbərliyi və hava limanı rəsmiləri iştirak ediblər.
Yeni açılan İstanbul–Hələb istiqamətində qarşılıqlı uçuşların həftədə dörd dəfə həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, bu xətt AJet-in Suriyadakı ikinci rəsmi marşrutu hesab olunur. Şirkət iyulun 1-dən etibarən İstanbul–Şam səfərlərinə başlamışdı.