ain.az bildirir, Olke.az portalına istinadən.
"Rusiyanın kifayət qədər ciddi və rəsmi informasiya agentliyi olan TASS-ın Azərbaycana qarşı belə bir mövqe tutması təsadüfi deyil. Bu, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin göstəricisidir. Onlar Azərbaycana qarşı informasiya savaşında əllərindən gələni edərək, hətta bir çox hallarda ermənidən daha artıq ermənilik nümayiş etdirilər. Mən tam əminliklə deyə bilərəm ki, həmin yazının hazırlanmasında, bu ideyanın ortaya atılmasında ermənilərin birbaşa əli var. Buna yüz faiz əminəm".Ölkə.az xəbər verir ki, bunu Milli Məcliisn deputatı Fəzail İbrahimli Rusiyanın TASS agentliyinin “Stepanakert” və “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsinə münasibət bildirərkən dedi.Deputat bildirib ki, 2021-ci ilin iyulun 7-də rəsmi şəkildə ləğv edilmiş və mövcud olmayan “Stepanakert”, “Dağlıq Qarabağ” və ya “Artsax”ın ifadəsini gündəmə gətirmək absurddur:
"Belə yanaşmalar Azərbaycanın ağrılı və tarixi travmalarına toxunmaq cəhd olmaqla yanaşı, beynəlxalq hüquqa və qanunsuz olaraq müstəqil dövlətin daxili işlərinə kobudcasına müdaxilədən başqa bir şey deyil. Müstəqillik dövründə səkkiz rayonumuzun işğalı ilə bağlı keçdiyimiz acı yol hər kəsə məlumdur. Əgər təqvimi diqqətlə nəzərdən keçirsək, görərik ki, Azərbaycan tarixinin son 100 ilində demək olar ki, ilin 11 ayında erməni faktorunun təsiri ilə Rusiya mənşəli faciələr baş verib.Yanvarın 20-də törədilən qətliamın arxasında Sovet Rusiyası dayanırdı. Fevral ayında Xocalı soyqırımı Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədildi. Mart soyqırımı isə sovet, erməni və bolşevik ittifaqının birgə cinayətidir. Qeyd edim ki, Leninin Moskvadan Şaumyanı Qafqazın canişini təyin etməsi ilə başlayan prosesdə rus və bolşevik hərbi qüvvələri birlikdə hərəkət edirdilər. Mart hadisələrinin əsas məqsədi isə Qafqazı türksüzləşdirmək idi.
Aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qızıl Ordu tərəfindən devrildi. 1920-ci ilin həmin aylarında ermənilər yenidən fəallaşaraq Qubadlının və digər ərazilərin işğalında iştirak etdilər. 90-cı illərdə isə may, iyun və iyul aylarında Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli kimi şəhərlər ard-arda işğala məruz qaldı.1991-ci ilin noyabrında isə yüksək rütbəli məmurların olduğu helikopter qəzası baş verdi. Yəni bizim tariximizdə baş verən bir çox faciələr erməni-rus müttəfiqliyinin nəticəsidir. Ona görə də bu gün yazılan, səsləndirilən hər cür ideoloji mesaj “Artsax”, “Dağlıq Qarabağ” ifadələri artıq tarixə dəfn olunub. Bu anlayışların tabutuna sonuncu mismar da vurulub".
Deputat qeyd edib ki, Rusiya tərəfi hər şeyi çox yaxşı bilir:"Sadəcə olaraq, ideoloji müharibənin başqa bir mərhələsində Azərbaycana psixoloji təsir göstərmək və daxili ağrılı nöqtələrimizə toxunmaq üçün bu ifadələrdən istifadə edirlər. Amma bu cəhdlər artıq nəticəsizdir. Çünki biz bu gün öz torpağımıza sahibik. Güclü və müasir ordumuz var. Haqq bizim tərəfdədir. Xalqımız vətən və dövlət məsələsində vahid mövqedədir, monolitdir. Ən əsası isə ölkənin başında qətiyyətli, iradəli və uzaqgörən lider dayanır. Belə olan halda, kimsə bu cür təxribatçı hərəkətləri ilə bizi yolumuzdan döndərə bilməz".Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.