AZ

Kərə yağının satışı DAYANDIRILDI

Etiketində süd tərkibi göstərilmədiyi üçün ABŞ-da minlərlə kiloqram kərəyağı satışdan yığışdırılıb. Qida və Dərman İdarəsi (FDA), məhsulun süd allergiyası olan insanlar üçün həyati təhlükə yarada biləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, süd, qanuni olaraq müəyyən edilmiş 9 əsas allergen arasında yer alır və xüsusilə uşaqlarda ciddi reaksiyalara səbəb ola bilir. Həkimlərin sözlərinə görə, bu cür məhsullar nəfəs darlığı, qusma, səpkilər və hətta ölümcül anafilaksiyaya yol aça bilər.

New York Alergiya və Astma Mərkəzindən Dr. Sebastian Lighvani bildirib ki, “ABŞ-da hər 3 dəqiqədə bir nəfər yanlışlıqla qəbul edilən allergen səbəbilə təcili yardıma müraciət edir”. Son 20 ildə bu cür ağır hallar 3-4 dəfə artıb.

Mütəxəssislər, artan allergiya hallarına görə istehlakçıları etiketləri diqqətlə oxumağa çağırır. Söz mövzusu tereyağının hansı markaya aid olduğu isə hələ açıqlanmayıb.

Xeyrənsə Piriyeva

Seçilən
31
3
news24.az

4Mənbələr