AZ

Zorlamada ittiham olunan Əşrəfin vəkili danışdı: Bizim vəzifəmiz…

PSJ və Mərakeş yığmasının müdafiəçisi Əşrəf Hakiminin vəkili Fanni Kollin Nanterre prokurorluğunun məhkəmədən müvəkkilini zorlamada ittiham etməsini xahiş etdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Prokurorluq öz işini görür – cinayətin sübutlarını bir araya toplamağa çalışır. Amma işin materialları ilə tanışam və deyə bilərəm ki, müdafiə tərəfinin lehinə çoxlu arqumentlər var. Bizim vəzifəmiz ilk növbədə onları təqdim etmək olacaq. Biz sona qədər mübarizə aparacağıq ki, həqiqət bəlli olsun”, – vəkil bildirib.

Hakimi 2023-cü ildə zorlamada ittiham olunurdu. Həmin ilin dekabrında futbolçu müstəntiqin kabinetində ona qarşı ittihamlar irəli sürüldükdən sonra ilk dəfə qurban olduğu iddia edilən şəxslə görüşüb. PSJ-nin müdafiəçisi günahını inkar edir.

Seçilən
9
publika.az

1Mənbələr