AZ

Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq - 64 yaşlı kişi saxlanıldı

Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə və xəbər portallarında yayılan görüntülərlə bağlı Sabirabad Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həmin görüntülərdə əks olunan şəxsin Qaratəpə kənd sakini, 64 yaşlı M.Hüseynov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlər görülür.

Seçilən
16
modern.az

1Mənbələr