Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.
2025-ci ilin birinci yarısında BMW dörd milyard avro (vergilər çıxdıqdan sonra) və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29 faiz az gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Handelsblatt” nəşri məlumat yayıb.
Bildirilib ki, bu tendensiyanın səbəbləri ABŞ tarifləri, Çin bazarındakı çətinliklər və zəif dollar olub.
“Reuters” agentliyinin məlumatına görə, ikinci rübdə Çində valyuta məzənnəsinin dəyişməsi və satışların azalması səbəbindən vergidən əvvəlki mənfəət 32 faiz azalaraq 2,6 milyard avroya düşüb. İlin birinci yarısında orada satışlar 15,5 faiz azalıb.
Bununla belə, çətin günlər keçirən digər avtomobil nəhənglərindən (“Audi” və “Mercedes”) fərqli olaraq, BMW hadisələrin əlverişli inkişafına ümid edir, çünki Avropa İttifaqı ilə ABŞ arasında tarif razılaşması bu şirkət üçün rəqiblərinə nisbətən daha az yük olacaq.
“Bloomberg” agentliyinin məlumatına görə, BMW elektrikli avtomobillərə keçiddə “Mercedes”dən bir qədər yaxşı nəticələr əldə edib. Lakin həm BMW, həm də onun alman rəqibləri BYD-nin başçılıq etdiyi yerli istehsalçılar tərəfindən sıxışdırıldığı Çində mövqelərini itirirlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.