AZ

B kateqoriyalı sürücülər üçün yaş məhdudiyyəti BAŞLADI

Avropa İttifaqı, sürücülük təhlükəsizliyini artırmaq məqsədilə 15 iyuldan etibarən B kateqoriyalı sürücülər üçün yaş həddi tətbiqinə başlayıb. Yeni qaydalar ilk olaraq İspaniyada qüvvəyə minib.

News24.az xəbər verir ki, yeniliyə əsasən, 75 yaşı keçmiş şəxslər artıq B kateqoriyalı yüngül nəqliyyat vasitələrini idarə edə bilməyəcək. Əlavə olaraq, İspaniyada əvvəllər 70 yaşdan sonra tətbiq edilən iki ildən bir tibbi müayinə tələbi artıq 65 yaşdan başlayacaq. Yalnız tibbi baxışdan keçənlər müvəqqəti olaraq sürücülük hüququnu qoruyacaq.

Bu qərar AB ölkələri üçün mərhələli şəkildə tətbiq olunacaq və 2026-cı ilə qədər ümumiləşdirilməsi planlaşdırılır. Türkiyə isə bu tətbiqdən təsirlənməyəcək. Hazırda Türkiyədə 65 yaşdan yuxarı sürücülər tibbi nəzarətdə saxlanılır, 80 yaşdan yuxarı olanlara isə hər iki ildən bir tibbi yoxlama məcburidir.

Yaponiyada 75 yaşdan yuxarı sürücülərin avtomobillərinə “yaşlı sürücü” mənasını verən “Koreija” nişanı yapışdırmaq məcburidir. Bu kimi tədbirlərin digər ölkələrə də yayılması gözlənilir.

Tənha yaşayan və avtomobilə ehtiyacı olan yaşlılar yeni qərarın həyat keyfiyyətlərini aşağı salacağını deyərək narazılıq bildirirlər. Sosial mediada isə bu tətbiqin Türkiyəyə gəlib-gəlməyəcəyi barədə geniş müzakirələr aparılır.

Xeyrənsə Piriyeva

Seçilən
54
news24.az

1Mənbələr