AZ

İsraildə böhran: Ordu və hökumət bir-birini ittiham edir

İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ilə Baş nazir Benyamin Netanyahunun hökuməti arasında böhran dərinləşir.

Publika.az xəbər verir ki, bu barədə “Yedioth Ahronot” qəzeti yazıb.

Məlumata görə, hökumətlə ordu arasında fikir ayrılığı, bəzi nazirlərin hərbçilərə qarşı təhqiramiz çıxışları ilə daha da gərginləşib.

Bildirilib ki, Zamir siyasətçilərin Qəzza ilə bağlı qeyri-müəyyən qərarlarından narazıdır və aydın yol xəritəsi olmadan hərbi əməliyyatların davam etdirilməsini düzgün hesab etmir. O, Netanyahunun məsuliyyəti orduya yüklədiyini düşünür.

Seçilən
21
publika.az

1Mənbələr