AZ

Aerofobiya ilə vidalaş: Qulağında musiqi, əlində kitab olsun

Aerofobiya

Uçuş zamanı kitab oxumaq və musiqiyə qulaq asmaq aerofobiyanın – uçuş qorxusunun – öhdəsindən gəlməyə kömək edə bilər. Bu barədə NEWS.ru saytına psixiatr Tatyana Sıçova danışıb. Onun sözlərinə görə, qorxunu anlamaq və səbəblərini müəyyənləşdirmək də bu fobiyanı dəf etmək üçün əsas amillərdəndir. Bu səbəblərə hündürlük qorxusu, qapalı məkan qorxusu (klaustrofobiya) və ya nəzarətsizlik hissi aid ola bilər.Sıçovanın fikrincə, uçuşa öncədən hazırlaşmaq – məsələn, plan tərtib etmək, əşyaları vaxtında yığmaq, rahat geyim seçmək və əyləncə vasitələri götürmək – qorxunu azaltmağa kömək edir. "Əsas məsələ qorxunun nədən qaynaqlandığını anlamaqdır", – deyə o vurğulayıb.Psixiatr qeyd edib ki, aerofobiya adətən 25–40 yaş aralığında özünü göstərir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bəzi hallarda bu qorxu ölüm qorxusu, hündürlük və ya qapalı məkandan qorxma kimi digər fobiyalarla müşayiət oluna bilər. Əlavə olaraq, xəstələr tez-tez təyyarə qəzalara dair məlumatları obsesiv şəkildə axtarırlar.Ulusum.az

Diqqət Çəkənlər

Sibel Can 55 yaşını övladları ilə birlikdə qeyd etdi - FOTO

Kiyevdə qanlı gecə: Raket və dron hücumu 31 can aldı

ABŞ senatoru Lindsi Qrem: “Rusiya Trampla zarafat etməsin”

Seçilən
7
ulusum.az

1Mənbələr