Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Karvan" transfer həyata keçirib.
Day.Az xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisi Şakil Sino ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı oyunçu son olaraq Maltanın "Qzira" klubunda forma geyinib.
Karyerası ərzində Sno Niderlandın "Ayaks", "Telstar", Norveçin "Aalesund", Bolqarıstanın "Lokomotiv Plovdiv, Rumıniyanın "Botosani" və "Mioveni" klublarının heyətində çıxış edib.