Bakı. Trend:
Hindistanın Rusiyadan neft alışını dayandırmaq niyyətiyoxdur.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Hindistan hökumətiRusiyadan neft alışını dayandırmaq üçün heç bir göstərişverməyib.
Bu barədə hökumətdəki mənbə bildirib. Həmçinin, başqamənbələrdən neft idxalına dair göstəriş olmayıb.
Qeyd edək ki, keçən həftə “Reuters” ABŞ Prezidenti Donald TrampMoskvanın ticarət tərəfdaşlarını 100 faizlik rüsumlarlahədələdikdən sonra Hindistanın dövlət neft emalı zavodlarınınRusiya neftini alınmağı dayandırdığını yazmışdı.
Məlumat üçün bildirək ki, Hindistan dünyada üçüncü ən böyük neftidxalçısı, eləcə də dəniz yolu ilə çatdırılan Rusiya neftinin ənböyük alıcısıdır.