AZ

Britaniya XİN: Ukrayna münaqişəsi çətin ki yaxın bir ildə həll olunsun

BAKI, 2 iyul. TELEQRAF

Ukraynadakı münaqişənin yaxın bir il ərzində sona çatması real görünmür, lakin tərəflər arasında dialoqun davam edəcəyi gözlənilir.

“Report”un məlumatına görə, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi "The Guardian"a verdiyi müsahibədə deyib.

O, Londonun Rusiya-Ukrayna münaqişəsinin gələcək inkişafı ilə bağlı mövqeyini şərh edərkən bildirib ki, qarşıdakı 12 ay ərzində münaqişənin tam həlli çətin görünür.

"Düşünürəm ki, bir ildən sonra da danışıqlar davam edəcək. Əsas məsələ isə Rusiyanın bu danışıqlara nə dərəcədə ciddi yanaşmasıdır", - nazir qeyd edib.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr