ain.az, Gununsesi saytına istinadən bildirir.
Avqustun 1-də Roma Konqres Sarayında İtaliya və beynəlxalq siyasi simaların iştirakı ilə keçirilən tədbirdə İran Milli Müqavimət Şurasının prezidenti Məryəm Rəcəvi çıxış edib.
Gununsesi.infoxəbər verir ki, Rəcəvi çıxışında bildirib ki, İran xalqı azadlıq və fundamental hüquqlarını tələb edir, ölkə isə dərin siyasi və sosial böhran içindədir:
“Bu gün İran rejimi ciddi bir böhranla üz-üzədir. Xamenei hakimiyyəti qorumaq üçün zorakılıq və terrora əl atır. Amma xalq su, çörək, işıq və ən əsası, azadlıq istəyir.”
Tədbirdə İtaliya Viva partiyasının lideri Matteo Renzi, keçmiş Nyu-York meri Rudolf Giuliani və Avropa Şurasının keçmiş prezidenti Charles Michel də iştirak ediblər.
Toplantı, eyni zamanda, İran rejimi tərəfindən 27 iyulda edam edilən iki siyasi məhbus – Behruz Ehsani və Mehdi Həsəninin xatirəsinin yad edilməsi ilə yadda qalıb. Müqavimət mənbələri onların edamını rejimin qorxu və təhdid siyasətinin tərkib hissəsi kimi qiymətləndirir.
Rəcəvi çıxışında rejimin struktur problemlərinə də toxunaraq bildirib:
“Biz 40 ildən artıqdır deyirik: bu rejim bir böhrandan doğdu və bir böhranla da sona çatacaq.”
Onun sözlərinə görə, İran xalqının istəyi sadədir – azadlıq, rifah və ədalətli bir cəmiyyət. Bunun üçün isə dini diktaturanın sona çatması və demokratik dəyişikliklərə gedilməsi əsas şərtdir.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.