AZ

Ölkədə vulkan püskürdü: 10 km hündürlüyə kül qalxdı

Endoneziyanın Şərqi Nusa Tenggara əyalətində yerləşən Lewotobi Laki-laki vulkanı yenidən püskürüb. Cümə günü baş verən püskürmə nəticəsində 10 kilometrdən yüksək kül sütunu atmosferə qalxıb.

News24.az xəbər verir ki, Vulkanologiya agentliyi əhalini kraterdən 6–7 kilometr uzaqda durmağa və güclü yağış zamanı baş verə biləcək palçıq axınlarına qarşı ehtiyatlı olmağa çağırıb.

Yayılan görüntülərdə vulkan üzərində çaxan ildırımlar və dağın yamaclarından axan lavların qırmızı işığında parlayan kül sütunları yer alıb.

Lewotobi Laki-laki vulkanı son aylarda bir neçə dəfə püskürüb. İyulun əvvəlində baş verən 18 kilometrlik püskürmə yaxınlıqdakı Bali adasında və hava uçuşlarında ciddi gecikmələrə səbəb olub.

Xeyrənsə Piriyeva

Seçilən
31
news24.az

1Mənbələr