AZ

Culfada piyadanın ölümünə səbəb olan şəxs sürücülük vəsiqəsi almağa gedirmiş

  Culfada piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Qəzanı törədən şəxs sürücülük vəsiqəsi almağa gedirmiş.

Referans xəbər verir ki, Ordubad rayon sakini, 1993-cü il təvəllüdlü Tərxan Rzayev idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon sakini, 1963-

cü il təvəllüdlü Malik Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Əliyev Naxçıvan Yol Təmir Tikinti MMC-nin Culfa sahəsinin əməkdaşı olub.

Qəzanı törədən Tərxan Rzayev sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün “ASAN Xidmət” mərkəzinə gedirmiş. Yolda olan zaman sükan arxasında

yuxuladığı üçün idarəetməni itirib və yolun kənarında dayanan şəxsi vurub.

Mərhum Malik Əliyev yol kənarında dayanan zaman həyat yoldaşı ilə telefonla danışırmış. O, maşının gəldiyini görməyib və maşının altında qalıb.

Hüquqi varis kimi M.Əliyevin xanımı ifadə verən zaman deyib ki, mərhum əri ilə danışan zaman anidən səs kəsilib. Bir neçə dəqiqə sonra

tanımadığı şəxs telefonda ona M.Əliyevi maşın vurduğunu deyib.

Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş tərəflə barışıq olmasını nəzərə

alıb/Musavat.com

Seçilən
50
referans.az

1Mənbələr