Ermənistan və ABŞ avqustun 12-20-də Ermənistanda birgə hərbi təlimlər keçirəcək.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb.
“Eagel partner 2025” adı verilən təlim Rusiyanın regionda zəifləyən təsirinə qarşı mübarizədə İrəvan və Vaşinqton arasında dərinləşən əməkdaşlığın yeni addımı kimi qiymətləndirilir.
Qeyd olunub ki, təlimlərdə əsas diqqət sülhməramlı missiyalar və tibbi təxliyə olacaq.