AZ

Marsel “Olimpik”i İqor Payşan ilə gücləndi

Marsel “Olimpik”i 25 yaşlı braziliyalı sol cinah hücumçusu İqor Payşanı “Feyenoord”dan tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Olimpik”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Marsel təmsilçisinə 30 milyon avro məbləğ müqabilində başa gəlib.

İqor Payşan “Koritiba”nın məzunudur. Hücumçu, karyerası ərzində “Londrina” (icarə) və “Feyenoord”da çıxış edib.

Geridə qalmış mövsümdə Payşan “Feyenoord” üçün 47 oyuna 18 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Payşan Braziliyanın U-23 komandasına cəlb edlib, “selesao”nun əsas heyətinə isə çağırış hələ almayıb.

Payşanın qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu (2022/2023), Niderland Kunoku (2023/2024) və Niderland Super Kuboku (2025) var.

“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı sol cinah hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
23
arena.az

1Mənbələr