AZ

“Nüvə ilə hədələmək olmaz” — Trampın paylaşımı ABŞ-da narazılıq doğurdu

“Nüvə

ABŞ-ın Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Daryl Kimboll ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı nüvə zərbəsi ilə hədələməsini yolverilməz hesab edib. Bu fikrini o, X sosial şəbəkəsində paylaşıb.“Heç bir lider və ya lider müavini nüvə zərbəsi ilə hədələməməlidir — xüsusilə də emosional və yeniyetmə üslubunda paylaşımlar etməklə,” – deyə Kimboll bildirib.Onun bu açıqlaması Trampın, Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedevin açıqlamalarına cavab olaraq, “müvafiq bölgələrdə” ABŞ-ın nüvə sualtı qayıqlarını yerləşdirəcəyi ilə bağlı bəyanatından sonra gəlib.Kimboll əlavə edib ki, ABŞ və Rusiya arasında nüvə qarşıdurmasından qaçmaq və silah arsenalını azaltmaq üçün ciddi danışıqlar başlanmalıdır.Ulusum.az

Diqqət Çəkənlər

Sibel Can 55 yaşını övladları ilə birlikdə qeyd etdi - FOTO

Puşkov: “ABŞ-ın sanksiya planı Çinə görə iflasa uğrayır”

Kiyevdə qanlı gecə: Raket və dron hücumu 31 can aldı

Seçilən
2
ulusum.az

1Mənbələr