“Əl-Nəsr” klubunda əsl ailə ab-havası hökm sürür.
Publika.az xəbər verir ki, bunu futbolçular Kriştiano Ronaldonun təşkilatçılığı ilə klubun baş aşpazını yubileyi münasibətilə təbrik edəndə sübut ediblər.
Hər şey nahar vaxtı baş verib. Doğum günü aşpaz zalda görünəndə bütün komanda onu gur alqışlarla qarşılayıb. Ardınca isə klubun ulduzu Kriştiano Ronaldo şəxsən ona ad günü tortu hədiyyə edib.