Türkiyə-Suriya qaz boru kəmərinin istifadəyə verilməsi və onun vasitəsilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı bu ölkədə elektrik enerjisi böhranını azaldacaq.
Bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı mərasimində çıxışı zamanı Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti bildirib.
“Bu layihənin məqsədi Suriya Ərəb Respublikasında elektrik böhranını azaltmaqdır”, – Fəhad Həməd Əl-Sulaiti qeyd edib.
Onun sözlərinə görə, layihənin gündəlik ötürmə gücü 4,3 mln. kubmetr təbii qaz təşkil edir ki, bu da illik olaraq 1,2 mlrd. kubmetrə bərabərdir.
Fəhad Həməd Əl-Sulaiti onu da əlavə edib ki, qeyd olunan qaz həcmləri Türkiyə-Suriya sərhədindəki təhvil nöqtəsi vasitəsilə Suriya Ərəb Respublikasında elektrik istehsalında istifadə olunacaq:
“Bu isə elektrik verilişi saatlarının gündəlik təxminən beş saata qədər artmasına, yəni cari səviyyədən 40% çoxalmasına imkan verəcək. Bu göstəricilər, öz növbəsində, beş milyondan çox abunəçini əhatə edəcək”.