AZ

Türkiyədə ümumi infrastruktur inşası üçün tender elan edib

BAKI,TurkicWorld

Bu, sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq.

TurkicWorld-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, artıq Azərbaycan qazının Türkiyə ərazisi ilə Suriyaya çatdırılması üzrə açılış mərasimi baş tutdu:

"Boruların 6 milyon kubmetr qazın daşınması potensialı mövcuddur. Sadəcə ilkin olaraq 4,3 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Azərbaycanlı qardaşlarımıza bu fürsətə, dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm.

Əlbəttə, bu proses məhz bizim prezidentin Azərbaycana sonuncu səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən sonra baş tutub. Bu proses birbaşa Suriya xalqının rifahına və Suriyada işğın davamlı şəkildə təminatına məqsədyönlü şəkildə xidmət edəcək".

Nazir vurğulayıb ki, bu sonuncu layihə deyil:

"Bundan sonra da daha böyük layihələrimiz olacaq. Bir az öncə qardaşım Mikayıl Cabbarovla görüşdə də biz digər görüləcək işlər barəsimdə daha geniş şəkildə danışıqlar apardıq. Azərbaycan və Suriya arasında texniki qurupların qarşılıqlı şəkildə səfərləri təmin olunacaq. Həmçinin, Azərbaycanın Suriyada investisiyalara dair proqamlarını və layihələrini müzakirə etdik".

"Mən fürsətdən istifadə edib Azərbaycana, azərbaycanlı qardaşlarımıza, eləcə də dost Türkiyə və Qətər dövlətinə təşəkkürümü bildirmək istəyirəm", - deyə nazir qeyd edib.

Seçilən
7
turkic.world

1Mənbələr