"Monako" klubu "Bayer"dən Lukaş Hradetskini transfer etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında son danışıqlar gedir. Fransa klubu finlandiyalı qapıçı üçün 4 milyon avro ödəyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hradetski 2018-ci ildən "Bayer"də çıxış edirdi. O, Leverkuzen təmsilçisinin heyətində 286 oyuna çıxıb.