AZ

Yaşıl çayın bilmədiyimiz FAYDALARI

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir çox insanlar bilir ki, yaşıl çay çox xeyirlidir.

Məhz çay dünyada istehlak edilən ən məhşur içkilərdən biridir. Bütün növ çaylar Camellia Sinensis bitkisindən alınır. Bu bitkinin qurudulmuş yarpaqlarından və yarpaq tumurcuqlarından müxtəlif çaylar hazırlanır.

Çay ağacının vətəni Çin hesab olunur. Yaşıl çay eramızdan 3000 il əvvəl Çində kəşf olunub, daha sonra Asiya ölkələrinə yayılıb. Çinlilər yarpaqdan alınmış həlimin insan orqanizminə faydalarını görüb bu bitkini becərməyə başlamışlar.

“Cebheinfo.az” xəbər verir ki, mütəxəssislər də təsdiqləyirlər ki, yaşıl çay insanı sağlam və uzunömürlü edir.

Yaşıl çay tonuslandırıcı, qan təmizləyici, iltihab əleyhinə, hipotenziv, antitoksik, antiseptik, sakitləşdirici, ishal əleyhinə, antiaterosklerotik effekt verir.

Soyuqdəymə və yorğunluq zamanı çay orqanizmdən toksinləri çıxarır və maddələr mübadiləsini yaxşılaşdırır.

İltihab əleyhinə təsiri ilə xəstəliklərin gedişini yüngülləşdirir. Eyni zamanda orqanizmi gücləndirir, əzginliyi, süstlüyü aradan qaldırır, yuxululuğu azaldır. Onu səhərlər içmək daha faydalıdır. Çayın tərkibində flüor və yod olduğu üçün ağır metal duzlarını orqanizmdən çıxarır. Çayın sidikqovucu təsiri orqanizmdən artıq mayeni çıxarmağa, bədəni ödemlərdən azad etməyə və sidik-cinsiyyət sisteminin işini yüngülləşdirməyə kömək edir.

Həmçinin ürək və damarlar üçün çox faydalıdır. Vitamin C ilə zəngin olduğu üçün orqanizmdə oksidləşmə-reduksiya proseslərini sürətləndirir, damarların divarlarını möhkəmləndirir. O arterial hipertoniyadan əziyyət çəkən şəxslərdə təzyiq riskini azaldır, damarların elastikliyini artıraraq aterosklerozun inkişafını zəiflədir. Yaşıl çay qanda xolesterin səviyyəsini azaldır, orqanizmi həm də artıq çəkidən azad edir. O orqanizmdə mübadiləni sürətləndirdiyi üçün həm arıqladıcı vasitə kimi tanınır, həm də orqanizmi piy hüceyrələrindən azad edir.

Bu zaman qan və limfa dövranı aktivləşir, orqanizm sellülitdən azad olur. Yaşıl çay antioksidant effekti hesabına orqanizmdə erkən qocalmaya səbəb olan sərbəst radikalları neytrallaşdırır və orqanizmdən xaric edir.

Yaşıl çay xərçəng hüceyrələrinin də artıb-çoxalmasının qarşısını alır, bədxassəli hüceyrələri dağıdır. Yaşıl çay şəkərli diabet xəstələrində qanda qlükoza səviyyəsini azaldır, orqanizmin həyat fəaliyyətini artırır, yorğunluğu aradan qaldırır, əmək qabiliyyətini yüksəldir. Bu onun kofein tərkibli olması ilə əlaqələndirilir.

Yaşıl çayın tərkibində tanin qara çaydan 2 dəfə çoxdur. O antimikrob təsirindən əlavə faydalı bağırsaq mikrobiotasını normallaşdırır, bağırsaqlarda qıcqırma prosesini azaldaraq qazəmələgəlmənin qarşısını alır.

Həmçinin mədənin, bağırsaqların, böyrək və qaraciyəri özünəməxsus “təmizləyir”. Yaşıl çayın tərkibindəki teofillin alkoloidi və bundan əmələ gələn diuretin maddəsi sidikqovucu effekt verir.

Yaşıl çay kosmetologiyada ekstrakt şəklində maskalara və kremlərə əlavə olunur. Ev şəraitində isə yaşıl çayla əl-üz yuyulur. Bu zaman dəridə iltihabi proseslər azalır, piqment ləkələrinin rəngi açılır.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr