AZ

Azərbaycanda bəzi mənzilləri isitmək 50 faiz bahalaşıb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda insanların "atapileniya" kimi tanıdığı istilik təhchizatı 50 faiz bahalaşıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Qiymət hər kvadrat metrə görə 15 qəpik bahalaşıb. İndiyə kimi 30 qəpik olan ödəniş 45 qəpiyə qaldırılıb.

Bu, bahalaşmadan sonra məsələn 60 kvadratlıq mənzil üçün qışda istilik xərci hər ay üçün 9 manat çox olacaq.

İndiyə kimi 60 kvadratlıq evə 18 manat istilik xərci, bu qışdan 27 manat olacaq.

Sayğac quraşdırıldığı halda tarif 14 manat 60 qəpikdən 21 manata artırılıb.

Tarif Şurasının iyulun 30-da verdiyi qərarla bu ilin noyabrından qazanxanalardan istilik alan mənzillərin xərcləri artacaq.

"Belə getsə, evdə tonqal qalayacağıq", - bir sosial media istifadəçisi Tarif Şurasının qərarı barədə şərhində yazıb.

Başqa bir nəfər yazır: "Bir il əvvəl 15 qəpik 30 qəpik oldu, yəni, 100 faiz artım. İndi 30 qəpik 45 qəpik oldu. Bu da 50 faiz. Bir ildə 15 qəpik 45 qəpiyə çatıb".

Yazırlar ki, "Dünyada yeganə ölkə Azərbaycandır ki, başqa ölkələrlə enerji müqaviləsi bağlayanda xalq stress yaşayır. Bilirik ki, istənilən satış bizə bədbəxtlik gətirir".

Tənqid edənləri sakitliyə səsləyən bir nəfər yazır: "Əsəbiləşməyin, ay millət, ölmək-ölməkdir, daha xırıldamaq nə deməkdir? Bir az da dözək, düzələcək. Mayamidə də Otel alaq".

Qiymətin bahalaşmasını Tarif Şurasından "Azəristiliktəchizat" qurumu istəyib.

"Azəristiliktəchizat" Fed.az-a bildirib ki, qurum əhali üçün istilik təchizatı üçün 1 m²-ə aylıq 1 manat 10 qəpik xərc çəkir.

Əhalinin hər kvadrata ödədiyi 30 qəpik məbləğ quruma kifayət etmir və fərqi dövlət büdcəsi ödəyir.

İndi qurum dövlət büdcəsindən asılığı azaltmaq üçün qiymətin bahalaşmasını istəyib.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Seçilən
28
bbc.com

1Mənbələr