AZ

Azərbaycanda yaşıl kreditlərin həcmi 330 milyon manatı ötüb

Azərbaycanda yaşıl kreditlərin həcmi 330 milyon manatı ötüb.

Aznews.az xəbər verir ki, 2024-cü il noyabrın 11-dən 2025-ci il iyunun 30-dək olan dövr ərzində Azərbaycanda ümumilikdə 12 762 yaşıl maliyyə krediti verilib. Bu kreditlərin ümumi həcmi 330,24 milyon manat təşkil edib.

Verilmiş yaşıl kreditlərin əlavə dəyər baxımından ən böyük hissəsi, yəni 134,01 milyon manat yaşıl nəqliyyat sahəsinə yönəldilib. Bu istiqamətdə 287 kredit üzrə maliyyə dəstəyi göstərilib.

İkinci yerdə dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura sahəsi qərarlaşıb – bu sahədə 12 285 kredit verilib və ümumi həcmi 91,05 milyon manat təşkil edib.

Üçüncü yerdə enerji səmərəliliyi sahəsi gəlir – 89 kredit müqabilində 37,51 milyon manat ayrılıb. Bundan əlavə, bərpaolunan enerji üzrə verilmiş 5 kreditin ümumi həcmi 18,64 milyon manat olub.

Seçilən
26
5
aznews.az

7Mənbələr