Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb.
Viral.az/” target=”_blank”>Viral.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əlixanov Yusif Aydəmir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin Reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov həyatını itirib.
Son Yazılar:
- Arıqlamaq istəyərkən həyatına son qoydu
- Dənizdə suyun temperaturu neçə dərəcə olacaq?
- Tanınmış futbolçu karyerasını başa vura bilər
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.