AZ

Bir F 16 qiymətinə 20 “Qızılalma” istehsal etmək mümkündür

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bir ədəd ABŞ istehsalı F-16 qırıcısının qiymətinə 20 ədəd "Qızılalma" pilotsuz döyüş təyyarəsi istehsal etmək mümkündür".

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

Onun sözlərinə görə, bu, "Qızılalma" layihəsinin həm texnoloji, həm də iqtisadi baxımdan nə qədər strateji əhəmiyyət daşıdığını göstərir.

Bayraqdar əlavə edib ki, artıq "Qızılalma"nın kütləvi istehsalına start verilib:

"Altıncı "Qızılalma" hazırda istehsal xəttindədir. Gələn ildən etibarən bu sistem Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq", - deyə o vurğulayıb.

Kənan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
news.milli.az

1Mənbələr