Bakı. Trend:
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 3-də şimal-qərb küləyi səhər cənub-şərqküləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt,Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +28 dərəcədən +29dərəcəyədək, Cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) isə+29 dərəcədən +30 dərəcəyədək olacaq.