AZ

Vens UNO la bağlı olan müəmmalardan danışıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, o, naməlum uçan obyektlərə (UNO) aludə olub və Konqresdə avqust tətili zamanı bu məsələ ilə bağlı şayiələrin həqiqətini araşdırmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Vens "Ruthless Podcast"ın efirində deyib.

"Bütün bu UNO məsələsi ilə məşğulam. Həqiqətən nə baş verir, bu videolar nə haqqında idi? Bizm hakimiyyətdə təmsil olunduğumuz cəmi altı aydır, çox gərgin iş qrafikində işləyirik, ona görə də mən hələ bunun axırına çata bilməmişəm. Amma avqust tətilində mən bu hekayəyə bir növ baş vurub onu anlamaq niyyətindəyəm", - deyə Vens bildirib.

İyunun 8-də Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqramların mövcudluğunu gizlətmək üçün onilliklər ərzində UNO-lar və yerdənkənar texnologiyalar haqqında qəsdən dezinformasiya yayır. Nəşrin məlumatına görə, Pentaqon 2024-cü ilin ictimai hesabatından bəzi tapıntıları açıqlıq və nüfuza ziyan vurmasından narahat olan Hərbi Hava Qüvvələrinin tələbi ilə çıxarıb. Bununla belə, hesabatın bu məlumatları ehtiva edən ikinci hissəsinin daha sonra 2025-ci ildə dərc ediləcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr