“Real Sosyedad” 28 yaşlı xorvat mərkəz müdafiəçisi Due Çaleta-Çarı Lion “Olimpik”indən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Real Sosyedad”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Due Çaleta-Çar “Şibenik”in məzunudur. Müdafiəçi, karyerası ərzində “Zalsburq”, “Paşinq” (icarə), “Liferinq” (icarə), Marsel “Olimpik”i, “Sauthempton” və Lion “Olimpik”ində çıxış edib.
Geridə qalmış mövsümdə Çaleta-Çar Lion “Olimpik”i üçün 28 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Due Çaleta-Çar 2018-ci ilin iyun ayında debüt etdiyi Xorvatiya yığmasının heyətində 33 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Çaleta-Çarın qənimətlər muzeyində “Zalsburq”la qazandığı Avstriya çempionluğu (4 dəfə) və Avstriya Kuboku (3 dəfə) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı xorvat mərkəz müdafiəçisinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.