AZ

Nəhayət? — Əfsanəvi Kəhrəba otağının izi tapıldı

Nəhayət?

Polşanın şimalında, keçmiş SS hərbi poliqonunun ərazisində aparılacaq qazıntılar zamanı İkinci Dünya Müharibəsi zamanı almanlar tərəfindən Çar kəndindəki Yekaterina sarayından oğurlanan əfsanəvi Kəhrəba otağının tapıla biləcəyi ehtimal olunur. Bu barədə O2 portalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.Bildirilir ki, Qdanskdakı abidələrin mühafizəsi üzrə vilayət idarəsi əvvəllər araşdırılmamış ərazidə qazıntı aparmağa icazə verib. Məlumata görə, həmin yerdə müharibə dövründən qalmış böyük bir alman bunkerinin yerləşdiyi güman olunur. Bu məlumat yalnız son dövrlərdə ortaya çıxıb.İdarənin nümayəndəsi Marçin Tıminski bildirib ki, 1943-cü ildə həmin ərazidə SS qoşunları üçün hərbi poliqon yaradılıb və ətrafında çoxlu sayda bunker-anbar yerləşib.Xatırladaq ki, Kəhrəba otağı (panellər, bəzəklər və pannolar) 1941-ci ildə almanlar tərəfindən Kenigsberqdəki Kral qəsrinə (indiki Kalininqrad) aparılmışdı. 1945-ci ilin yazında şəhərin hücumundan az əvvəl otaq müəmmalı şəkildə yoxa çıxmışdı. 1967-ci ildə otağın axtarışı üçün dövlət komissiyası yaradılmış, lakin nəticə vermədiyi üçün 1984-cü ildə ləğv edilmişdi. Kəhrəba otağı bu günə qədər tapılmayıb.Ulusum.az

Diqqət Çəkənlər

İrandan Rusiyaya “kahı” adıyla narkotik aparılırmış – Gömrükdə ələ keçdi

Sibel Can 55 yaşını övladları ilə birlikdə qeyd etdi - FOTO

Fəxrəddin Manafov "Şöhrət" ordeni ilə təltif edilib

Seçilən
9
ulusum.az

1Mənbələr