Azərbaycanlı döyüşçü Elbəy Alışov uzun müddət sonra döyüşlərə qayıdıb.
Offsideplus.az xəbər verir ki, o, ONE Fight Night 34-də oktaqona çıxıb.
E. Alışov rəqibi Ceremi Pakativi 2-ci raundda boğaraq məğlub etməyi bacarıb.
Qeyd edək ki, 25 yaşlı idmançı döyüşdən öncə hidratasiya testini keçə bilmədiyi üçün qonorarın 40 faizi C. Pakativə çatacaq.
Elbəy rəqibini məğlub etdiyi anları sizinlə paylaşırıq: