Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva vəfat edib.
BAKU.WS xəbər verir ki, o uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Şəki Dövlət Dram Teatrının rəsmi feysbuk səhifəsində qeyd edilib.
Xatırladaq ki, Babayeva Brilyant Camal qızı 1963-cü ildə Şəki şəhərində anadan olub. 1979-cu ildən Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.
1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram-kino aktyoru" ixtisasını bitirib.
Brilyant Babayeva rəngarəng, yaddaqalan obrazlarla tamaşaçıların qəlbində silinməz iz buraxıb. Mədəniyyət nazirliyi tərəfindən "Fəxri Mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşdur.