News24 saytından alınan məlumata görə, ain.az bildirir.
Ukraynanın paytaxtı Kiyevdə yenidən genişmiqyaslı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları, korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyinin qorunmasını tələb edir. Yerli mediaya görə, Prezident Volodimir Zelenskiyə qarşı narazılıq artır və etirazların daha da güclənəcəyi gözlənilir.
News24.az xəbər verir ki, 22 iyulda Ukrayna parlamenti, ölkənin əsas antikorrupsiya orqanlarının müstəqilliyini faktiki olaraq ləğv edən qanunu qəbul edib. Zelenski isə bu qanunu sürətlə təsdiqləyərək qüvvəyə mindirib. Qərar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi narazılıqla qarşılanıb.
Avropa İttifaqı isə Ukraynaya ayrılan milyardlarla dollarlıq maliyyə yardımını müvəqqəti dayandırdığını açıqlayıb.
30 iyul tarixində Kiyevdəki Ali Rada (Ukrayna Parlamenti) binası önündə toplaşan minlərlə insan, Korrupsiyaya Qarşı Milli Büroya (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğuna (SAP) əvvəlki səlahiyyətlərinin qaytarılmasını tələb edib. Aksiyalar Kiyev başda olmaqla Lvov, Odessa və Dnipro kimi iri şəhərlərdə də keçirilib.
Müharibə şəraitində baş tutan bu aksiyalar, 2022-ci ildən bəri ən genişmiqyaslı hökumət əleyhinə etirazlar hesab olunur. Zelenskinin siyasi gələcəyi isə bu proseslər fonunda daha da qeyri-müəyyən görünür.
Xeyrənsə Piriyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.