İmişlidə iki yük maşını və birminik maşını toqquşması nəticəsində 3 nəfər ölüb 1 nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisəİmişli rayon g Qaralar kəndi ərazisində baş verib.Qəzazamanı İmişli rayonu Çahar kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov Vidadi Cəfər oğluna məxsus “VAZ-21099” markalı avtomobil, İmişli şəhər sakini, 1993-cü il təvəllüdlü Şirəliyev Vahid Vaqif oğluna məxsus
“MAN” markalı yük maşını və “Ford” markalı yük naşını toqquşub. Nəticəsində minik avtomobilinin sürücüsü və avtomobildə sərnişinlər Çahar kənd sakinləri 1964-cü il təvəllüdlü Cəfərova Gülbəniz İxtiyar qızı və 1956-cı il təvəllüdlü Abbbasova Vilayət İbiş qızı ölüb. Ölən şəxslərin meyitləri müayinə olunmaqMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.
Hadisə zamanı xəsarət alan Samirə Cəfərova isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.