“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.
Viral.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Suriyaya ixrac edilən qaz SOCAR tərəfindən təhciz edilən və satılan qazdır, yəni konsorsiumların satdığı qaz deyil.
Son Yazılar:
- SOCAR-ın Yaxın Şərqdə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır
- ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
- Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanıldı
Nazir ümumilikdə əlavə edib ki, Azərbaycan qazının Yaxın Şərq regionuna rəqabətli şərtlərlə çatdırılması bu layihə ilə təsbit edilib:
“Azərbaycan bu layihə ilə təkcə qərb istiqamətində deyil, o cümlədən Şərq və Cənub istiqamətində də rəqabətli şəkildə enerjini təhciz edə bilməsini ortaya qoyub. Orta və uzunmüddətli planlarda biz ümidvarıq ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək”.
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.