ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Britaniyada 83 yaşlı qadın nəvəsinin itinin yarasını yalamasından sonra ölüb.
Bakupost.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, Jun Baxter adlı qadının ayağında kəsik olub. Onu ziyarətə gələn nəvəsi özü ilə itini də gətirib. Heyvan qadının yarasını yalayıb.
Ertəsi gün qadın vəziyyətinin pisləşdiyini hiss edib və xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, qadının ayağında heyvanların ağız boşluğunda rast gəlinən bakteriya aşkarlanıb. Mərhumun qızı məhkəmədə bildirib ki, anası uzun müddət sepsis xəstəliyindən əziyyət çəkirmiş.
Həkimlərin ehtimalına görə, qadının ölümünə məhz septik şok səbəb olub. Bildirilir ki, sol ayaqda yaranan infeksiya ev heyvanının tüpürcəyindən qaynaqlanıb və qısa zamanda bütün orqanizmə yayılıb.
Lalə,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.