AZ

Daniele Gilardi “Roma”da

İtaliyanın “Verona” klubunun mərkəz müdafiəçisi Daniele Gilardi bundan sonra A Seriyasının digər təmsilçisi “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Roma” 22 yaşlı italiyalı futbolçunu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Canavarlar” Gilardinin bir mövsümlük icarəsi üçün “Verona”ya 2,5 milyon avro ödəyəcəklər. Futbolçunun transfer hüquqlarının alınması üçün nə qədər vəsait xərclənəcəyi açıqlanmır.

Gilardi yeni komandasının heyətində 87 nömrəli formanı geyinəcək.

Daniele Gilardi “Fiorentina”nın yetirməsi olsa da, peşəkar karyerasına “Verona”da başlayıb. O, “Verona”nın əsas komandasında 24 oyun keçirib. Gənc müdafiəçi əvvəlki mövsümlərdə “Mantova” və “Sampdoriya”da da icarədə olub.

İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə forma şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
14
arena.az

1Mənbələr