Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya vulkanı 9 kilometr hündürlüyə kül püskürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat verilib.
Qeyd olunur ki, iyulun 30-da Kamçatkada baş vermiş 8.7 maqnitudalı zəlzələ vulkanların aktivləşməsinə səbəb olub.
Bundan əvvəl bildirilmişdi ki, Kamçatkada beş vulkan - Klyuçevskaya, Siveluç, Karımski, Bezımyannı, Kambalnı vulkanları aktivləşib.
Xilasedicilər yerli sakinlərə və bölgəyə gələn qonaqlara qeyd olunan vulkanların yaxınlığında, onların zirvələrindən 10 km radiusda səyahətdən və gəzintilərdən çəkinməyi tövsiyə edib.
Məlumat üçün əlavə edək ki, Klyuçevskaya Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı təxminən 7 000 il hesablanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.