"Chess Tour Azerbaijan" layihəsi çərçivəsində daha iki turnir keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən bu seriya ümumilikdə səkkiz mərhələdən ibarətdi.
Onlardan altısı artıq başa çatıb - sonuncusu “Vugar Gashimov Open” idi. İndi "Chess Tour Azerbaijan"da qısa fasilə veriləcək və payızda yenidən davam edəcək. Noyabrın 11-18-də “Ganja Open”, ardınca isə noyabr 19-26-da isə “Shirvan Open” keçiriləcək.
Xatırladaq ki, bu seriyanın üç mərhələsində gənc azərbaycanlı şahmatçı Xaqan Əhməd qalib gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta