AZ

Mikayıl Cabbarov: Azərbaycan qazının Yaxın Şərqə ixracı bir sıra mühüm məqamları ilə diqqət çəkir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan qazının Suriyaya, ümumilikdə isə Yaxın Şərqə ixracı bir sıra mühüm məqamları ilə diqqət çəkir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, ilk növbədə, bu, Azərbaycanın artıq 14 ölkəyə təbii qaz təchiz etməsi fonunda baş verir:

"Bu fakt ölkəmizi təkcə regionda deyil, qlobal səviyyədə də mühüm qaz təchizatçısına və enerji təhlükəsizliyinə töhfə verən dövlətlərdən birinə çevirib".

M.Cabbarov vurğulayıb ki, bugünkü hadisə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və geoiqtisadi siyasətin məntiqi nəticəsidir.

Qeyd edək ki, avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinə başlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
5
oxu.az

6Mənbələr