Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Ginnesin Rekordlar Kitabına düşmək üçün 40 min kilometr gəzməli olan və buna görə də səyahətə çıxan finlandiyalı Taina Liekari, sözügedən səfərinə Madrid şəhərindən başlayıb və bu günə kimi hazırda 6 min km qət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə və onun haqqında Milli Məclisin deputatı Razi Nurullayev məlumat yayıb.
O, dünyanı gəzmək istəyən turistin Azərbaycan-Gürcüstan sərhəddindən keçə bilmədiyini bildirib.
“Quru sərhədlərimiz bağlı olduğu üçün “Qırmızı Körpü”-dən keçə bilməyib”, – deyə deputat bildirib.
O, həmçinin qeyd edib:
“Daha dəqiq, quru sərhədlərimiz bağlı olduğu üçün “Qırmızı Körpü”dən gələ bilməyib. Sonda turist Bakıya təyyarə ilə gəlməyə məcbur olub. Üstəlik, bileti min manatdan baha alıb və bundan da narazı qalıb. O, daha sonra maşınla Bakıdan Qazaxa gedib və yarımçıq qalan marşrutunu “Qırmızı Körpü”nün Azərbaycan tərəfindən davam etdirib”.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.